Kiyev

ABŞ Ukraynaya hərbi yardımları dayandırandan sonra Kiyev taktikasını dəyişib.

Globalinfo.az xəbər verir ki, bu barədə altı məlumatlı mənbə “Politiko” nəşrinə bildirib.

“Ukrayna Avropa ölkələrindən kömək istəyəcək. Yeni yanaşma çərçivəsində bir neçə Avropa hökuməti öz müdafiə büdcəsindən ABŞ silahlarını alıb Kiyevə ötürmək imkanını nəzərdən keçirir. Lakin bu, Ağ Ev tərəfindən təsdiqlənməlidir və hazırda detallar müzakirə olunur. Vaşinqtonun yeni yanaşmaya razı olub-olmayacağı bəlli deyil”, – deyə bildirilib.

Xatırladaq ki, ABŞ iyulun 2-də Ukraynaya mühüm Patriot ələ keçirmə sistemləri, zenit raketləri, dəqiq idarə olunan hərbi sursatlar və 155 mm-lik mərmilərin çatdırılmasını dayandırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: