686562a2011d8686562a2011d91751474849686562a2011d6686562a2011d7

Berlində Azərbaycan və Almaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev özünün Feysbuk hesabında məlumat yayıb.

Onun sözlərinə görə, məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Fariz Rzayev, Almaniya hökuməti adından isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya Departamentinin direktoru Arz von Ştraussenburq iştirak edib.

686562a1ef886686562a1ef8871751474849686562a1ef884686562a1ef885

Paylaş: