66e42064e121d66e42064e121e172622653266e42064e121b66e42064e121c

Tramp Administrasiyası Rusiyanın banklarına qarşı sanksiyaları müvəqqəti dayandırıb

Globalinfo.az “İnterfaks”a istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyanın bir sıra əsas banklarına və maliyyə institutlarına qarşı tətbiq olunan sanksiyaları 2025-ci il dekabrın 19-dək müvəqqəti olaraq dayandırıb.

Qərar, xüsusilə mülki nüvə sahəsində əməkdaşlıqla bağlı məhdud əməliyyatlara icazə verilməsini nəzərdə tutur. Məlumata görə, bu addım tərəflər arasında texniki əməkdaşlığın davam etdirilməsi məqsədilə atılıb.

Qeyd olunur ki, bu qərar sanksiyaların tamamilə ləğv olunması anlamına gəlmir, yalnız müəyyən sahələr üzrə müvəqqəti yumşalmanı əhatə edir.

Paylaş: