hebsssssssss

Yekaterinburqun Leninski Rayon Məhkəməsi bir neçə gün əvvəl Rusiya təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılan Əziz Abasovun barəsində həbs qətimkan tədbiri seçib.

Globalinfo.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsinin qərarı ilə Abasov Əziz Azai oğlu barəsində həbs-qətimkan tədbiri seçilib”, – məlumatda deyilir.

Bununla da Yekaterinburqda həbs edilən azərbaycanlıların ümumi sayı 8 nəfərə çatıb.

Əliyar Xəlil
Globalinfo.az

***19:45

Yekaterinburqun Leninski Rayon məhkəməsi iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının xüsusi amansızlıqla keçirdiyi əməliyyat nəticəsində saxlanılan Kamal Səfərov barəsində qərar çıxarıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, məhkəmə K.Səfərov barəsində ittiham tərədinin şikayəti əsasında həbs qətiimkan tədbiri seçib.

Səfərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Beləliklə, Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatıb.

Qeyd edək ki, iyunun 27-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin digər hüquq mühafizə orqanları ilə birlikdə Yekaterinburqda azərbaycanlıların müxtəlif ünvanlardakı mənzillərinə basqın edib. Zorla mənzillərə daxil olaraq Səfərov qardaşları və digərlərinə zorakılıq və işgəncə tətbiq olunub. Daha sonra azərbaycanlılar idarəyə aparılaraq orada da işgəncəyə məruz qalıblar. Nəticədə Azərbaycan Respublikası vətəndaşı Hüseyn Səfərov və onun RF vətəndaşı olan qardaşı Ziyəddin Səfərov ağır işgəncələr nəticəsində həlak olublar. Onların əmisi oğlu Kamal Qədimalı oğlu Səfərov isə işgəncə vaxtı halı pisləşdiyindən xəstəxanaya yerləşdirilib və orada ürəyindən əməliyyat olunub.

Saxlanılan digər azərbaycanlılar Məzahir, Akif və Ayaz Səfərov qardaşları, onların əmisi oğlu Bakir Həsənov, Əhliman Gənciyev və Şahid Lalayev barəsində məhkəmə iyulun 19-dək həbs qətiimkan tədbiri seçib.

Paylaş: