Voronejdə tutulduğu barədə xəbərlər yayılan azərbaycanlı sahibkar Yusif Xəlilov azadlığa buraxılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Oxu.Az-a Voronej vilayətinin Azərbaycan icmasının rəhbəri Mehdi Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, Y.Xəlilov 27 iyun tarixində saxlanılmış, lakin elə həmin gün azadlığa buraxılmışdı.
“Hazırda Voronej vilayətində Azərbaycanlılara qarşı hər hansı bir əməliyyat aparılmır, saxlanılan yoxdur”, – deyə o məlumat verib.
***
Rusiyanın Voronej şəhərində Alekseyevski bazarının rəhbəri, azərbaycanlı iş adamı Yusif Xəlilov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Globalinfo.az xəbər verir ki, Xəlilovun hansı səbəbdən saxlanıldığı barədə hələlik rəsmi açıqlama verilməyib.
Yusif Xəlilov Voronej bölgəsində tanınan sahibkarlardan biridir və uzun illərdir şəhərin ən iri ticarət mərkəzlərindən biri olan Alekseyevski bazarına rəhbərlik edir.
Hadisə ilə bağlı əlavə məlumatın yaxın günlərdə rəsmi qurumlar tərəfindən açıqlanacağı gözlənilir.
Tahir Turan
Globalinfo.az