“Rusiya Türkiyə və Səudiyyə Ərəbistanına “S-400″ hava hücumundan müdafiə sistemini verib. Lakin İrana bu sistemləri verməkdən imtina edib”.
Globalinfo.az xəbər verir ki, bunu İran parlamentinin keçmiş vitse-spikeri Əli Motahari deyib.
O, Rusiyanı açıq şəkildə tənqid edib:
“Ukraynaya qarşı müharibədə Rusiyaya pilotsuz təyyarələrlə kömək etməyimizə baxmayaraq, Moskva İsrailə qarşı istifadə olunacağından qorxaraq “S-400” hava hücumundan müdafiə sistemini İrana vermir. Putinin İslam Respublikası ilə münasibətlərdə necə “strateji tərəfdaş” olduğu belə görünür”, – Motahari vurğulayıb.
Əliyar Xəlil