Mədət Quliyev gitarada ifa etdi, mahnı oxudu – VİDEO

Mədət Quliyev gitarada ifa etdi, mahnı oxudu - VİDEO

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyevin gitarada ifa etdiyi görüntülər yayılıb.

Globalinfo.az Kult.az-a istinadən xəbər verir ki, o, həmçinin gitara ifasının müşayəti ilə rus dilində mahnı da oxuyub.

Həmin videonu təqdim edirik:

Qeyd edək ki, Mədət Quliyev uzun illər hüquq-mühafizə və təhlükəsizlik orqanlarında çalışıb. O, 2019–2023-cü illərdə müdafiə sənayesi naziri olub. Hazırda isə Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini icra edir.