Ərdoğan Azərbaycana təşəkkür etdi

Ərdoğan Azərbaycana təşəkkür etdi

Qəhrəmanmaraşda 49 min 56 yeni mənzil və yerinin sahiblərinə təhvil verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində görülən işlər barədə etdiyi paylaşımında bildirib.

“Səfərbərlik ruhu ilə apardığımız inşaat işlərini Qəhrəmanmaraşda təhvil verdiyimiz 250 mininci zəlzələ evi ilə yeni mərhələyə daşıdıq. İl sonuna qədər əlavə 203 min müstəqil bölməni də tamamlayaraq ümumilikdə 453 min mənzil və iş yerinin açarlarını sahiblərinə təqdim etməyi planlaşdırırıq”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan ziyarətin daha bir əlamətdar məqamına da toxunub:

“Maraş səfərimizin digər mənalı tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin də həyəcanımıza şərik olması idi. İlham qardaşımla birlikdə Azərbaycan Məhəlləmizin açılışını həyata keçirdik. Xüsusilə də cənab İlham Əliyev başda olmaqla zəlzələnin ilk günündən qardaş köməyi göstərərək ölkəmizə dəstək olan Azərbaycan xalqına bir daha təşəkkür edirəm”.

Aysel Əliyeva
Globalinfo.az