sederek 1

Bu gün səhər saatlarından “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərən əksər mağazalar bağlıdır. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna səbəb sahibkarın bazarla bağlı yeni vergi siyasətinə etiraz etməsidir. Belə ki, mağazalarını açmayan ticarətçilər İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin mağazalara yeni kassa aparatlarının qoyulması tələbi ilə razılaşmaq istəmirlər.

Məlumata görə, ticarət mərkəzində fəaliyyət göstərən bir çox şəxsin vergi ödəyicisi kimi qeydiyyatda olmadığı məlum olub.

Mağaza sahibləri və icarədarlar indiyədək vergini ticarət mərkəzinin rəhbərliyinə ödədiklərini və bu qaydada davam etmək istədiklərini bildiriblər.

7e873f02 23a9 49e1 a17e 61c868162e19
bf55d4f8 f632 4ef1 adaa 5701418e29b6

Paylaş: