Detroytun şərqində, Gratiot prospekti ərazisində maraqlı hadisə baş verib. Küçənin üzərinə helikopterdən minlərlə dollar səpələnib. Altı zolaqlı avtomobil yolu tamamilə dayanıb, sürücülər maşınlarını tərk edərək pulları yığmağa başlayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə “Detroit News” məlumat yayıb.
Yerli sakinlərin bildirdiyinə görə, bu addım yaxınlıqdakı avtoyuma məntəqəsinin sahibi tərəfindən atılıb. Alzaymer xəstəliyindən əziyyət çəkən sahibkar ölümündən bir qədər əvvəl belə bir jest edib.
Aysel Əliyeva
Globalinfo.az