Trampdan Ukraynaya “Patriot” razılığı: İsrail detalı… – İddia

Trampdan Ukraynaya “Patriot” razılığı: İsrail detalı... - İddia

ABŞ Prezidenti Donald Tramp İsraildə xidmətdən çıxarılan beş “Patriot” hava hücumundan müdafiə batareyasının Ukraynaya verilməsinə razılıq verib”.

Globalinfo.az xəbər verir ki, bunu “Ukrayna NATO-da” Ümumkrayna ictimai təşkilatının sədri Yuri Romanyuk deyib.

“Məndə bununla bağlı qeyri-rəsmi məlumat var. Bu sistemlərin bəziləri əvvəllər Polşaya, bəziləri isə ABŞ-a qayıdıb. Hazırda bu ölkələrdə sistemlər təmir və modernləşdirmə mərhələsindədir”, – bildirib.

Y.Romanyik qeyd edib ki, Trampın qurğuların təmənnasız təhvil verilməsi barədə qərar qəbul edəcəyinə əmindir.

Əliyar Xəlil
Globalinfo.az