Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanla bütün ermənilərin katolikosu II Qareginin görüşünün detalları ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” məlumat yayıb.
“Levon Ter-Petrosyan çıxışında narahatlığını ifadə edib və katolikosu sakit, ayıq-sayıq olmağa, heç bir təxribata boyun əyməməyə çağırıb. O deyib ki, heç bir orqanın kilsənin suverenliyinə müdaxilə etmək və onun iradəsini diktə etmək hüququ yoxdur.
“Nikol Paşinyanı yaxşı tanıyıram. O, dayanmayacaq – qışqıracaq, təhqir edəcək, təxribat törədəcək. Amma kilsə öz tarazlığı ilə buna qarşı çıxmalıdır” – bu, təxminən birinci prezidentin dediyi sözlərdir”, – deyə nəşr yazıb.
Məlumata görə, görüşdə II Qaregin son vaxtlar müxtəlif istiqamətlərdən davamlı xəbərdarlıq və təhdidlər aldığını bildirib:
“O deyib ki, həbslə hədələnir. Görüşün gələcək hadisələrə necə təsir edəcəyini zaman göstərəcək”.
Əliyar Xəlil
Globalinfo.az














