
Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Eldar Əzizov partlayışın baş verdiyi ərazidə olub.
Globalinfo.az xəbər verir ki, hadisə ilə bağlı danışan mer hazırda hadisə yerində araşdırmaların davam etdiyini bildirib.
Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən partlayışın başvermə səbəbini araşdırılır və səhər saatlarında bu barədə ilkin açıqlama verilə bilər.
Xatırladaq ki, iyunun 26-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib.
Partlayışın baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları cəlb edilib.
Yanğın artıq söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.














