ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri regionda sülh danışıqlarını ciddi şəkildə çətinləşdirir.
Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı IRIB televiziya kanalına müsahibəsində deyib.
Nazir, eyni zamanda, Avropanı BMT Təhlükəsizlik Şurasının anitiiran sanksiyalarını bərpa etmək kimi “böyük səhvdən” çəkinməyə çağırıb.
“Əvvəllər İranın nüvə məsələsi sülh yolu ilə həllinə yaxın idi, lakin indi – qan töküldükdən sonra – vəziyyət tamamilə dəyişib və əvvəlki kimi asanlıqla razılığa gəlmək mümkün deyil”, – Araqçı bildirib.
Nazirin sözlərinə görə, ABŞ-ın zərbələri vəziyyəti kəskin şəkildə gərginləşdirib. O, Avropanı da xəbərdar edib.
“Bu, Avropa üçün də keçərlidir. Əgər onlar “snapback” mexanizmini – yəni İrana qarşı BMT Təhlükəsizlik Şurasının bütün sanksiyalarının bərpasını – işə salmaq qərarına gəlsələr, bu addım vəziyyəti daha da çıxılmaz hala gətirəcək”, – deyə o əlavə edib.
Aysel Əliyeva
Globalinfo.az














