ABŞ Yaxın Şərqdə yeni silahlar yerləşdirir

ABŞ Yaxın Şərqdə yeni silahlar yerləşdirir

ABŞ Yaxın Şərqdəki qoşunlarını qorumaq üçün bölgəyə əlavə Patriot hava hücumundan müdafiə sistemlərini yerləşdirib.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn deyib.

“Patriot ekipajları qüvvələrimizin bir hissəsi olaraq Cənubi Koreya və Yaponiyadan gətirilib”, – o bildirib.

Qeyd edək ki, iyunun 23-də İran ordusu ABŞ-ın Qətərdəki hərbi bazasına 6 raket atıb.

Əliyar Xəlil
Globalinfo.az