Xalq artisti Röya Ayxana verilən son hədiyyə sosial şəbəkələrdə diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Bakı Mühəndislik Universitetinin (BMU) Riyaziyyat və İnformatika kafedrasının baş müəllimi Bəhman Qüdsi paylaşım edib.
Belə ki, pedaqoq müğənniyə oxuması üçün Nyutonun kitabını verib.
İstifadəçilər “Röyaya o kitabı vermək Nyutona qarşı hörmətsizlikdir”, “Heyf o kitabdan”, “İnanırsınız ki, o kitabı oxuyacaq?”, “Röya o kitabı nə edəcək?”, kimi rəylərlə bunu qınaq obyektinə çeviriblər.
Həmin görüntüləri təqdim edirik:
Röya xanıma Nyutonun kitabını hədiyyə etdik!
Posted by Behman Qüdsi on Wednesday, June 25, 2025
Leyla Əlisoy
Globalinfo.az














