Boris Conson Ukraynada Zelenski ilə görüşüb

Boris Conson Ukraynada Zelenski ilə görüşüb

Britaniyanın keçmiş Baş naziri Boris Conson Ukraynaya səfər edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.

Ukrayna Prezidenti bu barədə “Telegram” kanalında məlumat paylaşıb.

Vladimir Zelenski Kiyevdə Ukraynanın əsl dostu Boris Consonu salamladığını bildirib. Ukrayna Prezidenti ölkəsinə dəstəyinə görə Böyük Britaniyanın sabiq Baş nazirinə təşəkkür edib.

Məlumata görə, Boris Conson Ukraynaya Prezident Zelenskinin dəvəti ilə səfər etdiyini bildirib. O, Buça və Kiyevin digər ətraf rayonlarına səfər edib.

Sabiq Baş nazir qeyd edib ki, Ukrayna xalqının iztirabları çox uzun müddətdir davam edir: “Bu müharibəyə son qoymağın yeganə yolu Ukraynanın qələbə qazanması və mümkün qədər bir o qədər də tez qalib gəlməsidir”.

Boris Conson bildirib ki, Putin nə qədər tez uğursuz olarsa, bu, Ukrayna və bütün dünya üçün bir o qədər yaxşı olacaq.

Baş nazirin sözçüsü təhlükəsizlik səbəbi ilə səfərin hər hansı bir detalını şərh etməyəcəklərini deyib. O bildirib ki, Boris Conson Böyük Britaniya hökumətinin Ukrayna ilə bağlı siyasətini, o cümlədən “Challenger” tanklarının göndərilməsi ilə bağlı son qərarı tam dəstəkləyir.