Bakıda hərbçilərin yürüşü keçirildi – VİDEO+FOTOLAR

Bakıda hərbçilərin yürüşü keçirildi - VİDEO+FOTOLAR

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakıda hərbçilərin yürüşü keçirilib.

Globalinfo.az xəbər verir ki, yürüş şəhərin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə baş tutub.

***10:04

Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilir.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir.

Hərbi qulluqçular bu gün Bakı şəhərində saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – “AMAY” ticarət mərkəzi;

Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;

Qəzənfər Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı;

“Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;

Nəriman Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – 28 Mall Ticarət Mərkəzi;

Qeyd edək ki, Gəncə, XankəndiLaçın şəhərlərinin mərkəzi küçə və prospektlərində də yürüşlər keçiriləcək.

Fotolar APA-ya məxsusdur:

Bakıda hərbçilərin yürüşü - FOTOLENT
Image

Image
Image

Image Image Bakıda hərbçilərin yürüşü keçirildi - VİDEO+FOTOLAR Image Image Image Image Image Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image Image

Image

Image

Image