İllərdir səhv bilirmişik – Arıqlamaq istəyənlərə pis xəbər

İllərdir səhv bilirmişik - Arıqlamaq istəyənlərə pis xəbər

Marketlərdə satılan dietik məhsulların qiyməti narazılıq yaradır. Bildirilir ki, “fit”, “0% şəkər” kimi etiketli məhsullar adi qidalardan qat-qat baha satılır. İddialara görə, bu məhsulların bəziləri əslində az kalorili və ya faydalı deyil. Hətta bunun sadəcə marketinq oyunu olduğunu düşünənlər də var.

Globalinfo.az-a danışan qida mütəxəssisi Asim Vəli deyib ki, belə etiketlər insanlarda məhsulun az kalorili, arıqladıcı və sağlam olduğu təəssüratını yaradır:

“Lakin bu, həmişə doğru olmur. Az yağlı məhsullara çox zaman şəkər və ya nişasta əlavə olunur ki, dad itkisi kompensasiya olunsun. Şəkərsiz məhsullar əvəzedicilərlə hazırlanır və bu maddələr bəzi insanlarda həzm pozuntuları və ac qalma hissini artırır. Protein barlar və “fit”peçenyelərdə protein olsa da, tərkiblərində çoxlu kalori və işlənmiş inqrediyentlər mövcuddur. Bir protein bar bəzən 250-300 kkal təşkil edir, bu da bir dilim pizzaya bərabərdir. Yəni belə məhsullar, əgər etiketlər oxunmasa və nəzarətsiz istifadə olunsa, arıqlamağa yox, kökəlməyə səbəb ola bilər”.

İllərdir səhv bilirmişik - Arıqlamaq istəyənlərə pis xəbər

Asim Vəli

Mütəxəssis bildirib ki, brokoli, badam, yulaf, çia toxumu, hindqozu yağı, kənd yumurtası və digər bu kimi məhsullar da çox vaxt adi qidalardan baha satılır:

“Halbuki, təbii və daha əlçatan qidalarla da sağlam qidalanmaq mümkündür. Qarabaşaq, mərci, kəpəkli düyü həm ucuz, həm də lif və zülal baxımından zəngin qidalardır. Mövsümi meyvə və tərəvəzlər isə həm bol vitaminlidir, həm də qiymət baxımından münasibdir. Sadə ev qatığı, yumurta, duzsuz pendir sənaye üsulu ilə hazırlanan “dietik”məhsullardan daha sağlam seçimlərdir”.

Zaira Akifqızı
Globalinfo.az