Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi iki ölkə arasında Ukrayna müharibəsi ilə bağlı istənilən dialoqu tamamilə dayandıracaq.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio “Politico” nəşrinə müsahibəsində deyib.
“Rusiya Avropada heç kimlə danışmır. Bizim tərəfimizdə olan, məsələyə bizim kimi baxan ölkələrlə də ünsiyyətdə deyillər. Əgər ABŞ Prezidenti yeni sanksiyalar tətbiq etsə, bu o demək olacaq ki, yaxın vaxtlarda danışıqlar ümumiyyətlə baş tutmayacaq”, – deyə Rubio vurğulayıb.
Aysel Əliyeva
Globalinfo.az














