“Putinə dedim ki, mənə İranla yox, Ukrayna ilə kömək et” – Tramp

“Putinə dedim ki, mənə İranla yox, Ukrayna ilə kömək et” – Tramp

ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə danışaraq Ukraynadakı vəziyyəti müzakirə etməyi planlaşdırdığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Tramp NATO sammitindən sonra Haaqada keçirilən mətbuat konfransında danışıb.

“Hesab edirəm ki, o, bu məsələni yoluna qoymaq, bu vəziyyətdən çıxmaq istəyir”, – Ağ Ev rəhbəri deyib.

ABŞ liderinin sözlərinə görə, Rusiya Prezidenti yaxın günlərdə İran məsələsində yardım təklif etsə də, Tramp cavabında bildirib:

“Yox, sən mənə Rusiya və Ukrayna arasında olan münaqişədə kömək edə bilərsən”.

Tramp əlavə edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə atəşkəs məsələsini müzakirə etməyib. O, ABŞ-ın Ukraynaya hərbi yardım göstərməyə davam edib-etməyəcəyini də dəqiqləşdirməyib, lakin bu məsələyə baxılacağını vurğulayıb. Tramp əlavə edib ki, ABŞ Ukraynaya əlavə hava hücumundan müdafiə sistemləri göndərmək imkanını nəzərdən keçirəcək, lakin bu silahlara özlərinin də ehtiyacı olduğunu bildirib.

Aysel Əliyeva
Globalinfo.az