peskovv

İranın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığını dayandırması Rusiyada narahatlıq doğurur.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu vəziyyət narahatlıq doğurmaya bilməz”, – o qeyd edib.

Peskov Tehranın bu qərarının İslam Respublikasının nüvə obyektlərinə zərbələrlə bağlı olduğuna işarə edib.

O əlavə edib ki, bu vəziyyətdə MAQATE-nin reputasiyası çox zədələnib.

Qeyd edək ki, bundan əvvəl İran parlamenti MAQATE ilə əməkdaşlığın dayandırılmasına dair sənəd layihəsini təsdiqləyib. Qətnaməyə əsasən, agentliyin müfəttişlərinin İranın nüvə obyektlərinin təhlükəsizliyi təmin olunana qədər ölkəyə girişi qadağan ediləcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: