“İranın nüvə obyektləri ABŞ-ın zərbələri nəticəsində tamamilə məhv edilib”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Əvvəlki və sonrakı şəkillərə baxsanız, hər şeyin tamamilə yanıb kül olduğunu görəcəksiniz”, – deyə o, Haaqada NATO Baş katibi ilə mətbuata açıqlamasında bildirib.
D.Tramp qeyd edib ki, İran nüvə proqramını bərpa etsə, ABŞ yenidən zərbə endirəcək.
Əliyar Xəlil
Globalinfo.az