Həmçinin oxuyun:

Bakıda forum keçirildi: Prezident çıxış etdi – VİDEO

i 1 16

Birləşmiş Krallığın yeni milli təhlükəsizlik strategiyasında ölkənin öz ərazisində baş verə biləcək müharibəyə hazırlaşmasının vacibliyi vurğulanır.

Globalinfo.az xəbər verir ki, sənəddə qeyd olunur:

“Uzun illərdən sonra ilk dəfədir ki, Birləşmiş Krallığın ərazisində birbaşa təhlükəyə, o cümlədən mümkün hərbi toqquşmalara qarşı fəal hazırlıq tələb olunur”.

Strategiyada Rusiya-Ukrayna müharibəsinə istinad edilərək bildirilir ki, bu münaqişə təkcə Ukrayna üçün deyil, bütövlükdə Avropa qitəsi üçün təhlükə yaradır. Sənəddə “Rusiya” sözü 28 dəfə çəkilir.

“Bəzi rəqiblər gələcək münaqişəyə hazırlaşaraq bizim enerji və logistika zəncirlərimizə zərbə vurmağa, hücumlarına qarşı müqavimətimizi zəiflətməyə çalışırlar”, – deyə strategiyada bildirilir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer sənədin təqdimatı zamanı deyib:

“Radikal qeyri-müəyyənlik dövründə yaşayırıq. Bu səbəbdən çevik, ayıq və milli maraqları düzgün dəyərləndirə bilən şəkildə hərəkət etməliyik”.

Qeyd edək ki, iyunun 2-də Britaniya hökuməti ölkənin müdafiə məsələlərinə dair strateji icmal yayımlayıb. Burada Rusiya “ölkə üçün birbaşa və təcili təhdid” kimi qiymətləndirilib.

Buna cavab olaraq Britaniyadakı Rusiya səfirliyi Londonun ittihamlarını “əsassız və gülünc” adlandırıb, deyilənləri qəti şəkildə rədd etdiyini bəyan edib. Diplomatlar bildiriblər ki, Rusiya nə Birləşmiş Krallıq, nə də onun əhalisi üçün təhlükə yaradır. Səfirliyin fikrincə, bu cür rusofob uydurmalar Londonda iqtisadi uğursuzluqları pərdələmək və artan hərbi xərcləri əsaslandırmaq üçün irəli sürülür.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: