Müsavat Partiyasının üzvü Tofiq Yaqublu bu gün azadlığa buraxılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında qeyd edib.
O bildirib ki, T.Yaqublu xəstəxanadan çıxıb və birazdan evdə olacaq.
Qeyd edək ki, Tofiq Yaqublu 2022-ci il dekabrın 23-də İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilinərək Səbail Rayon Məhkəməsinin qərarı 30 sutka müddətinə inzibati qaydada həbs olunub. O, həbs müddətində aclıq aksiyası keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.














