MBTR64OVQBL6TKA6XGOZRYQOZA

ABŞ Prezidenti Donald Tramp İranın Qətərdəki Amerika aviabazasına etdiyi raket hücumu ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, O, İranın cavabını “zəif” adlandırıb və bu hücumun ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrə adekvat olmadığını bildirib.

İran Qətərdə yerləşən ABŞ aviabazasına 14 raket atıb. Onlardan 13-ü havada məhv edilib, biri isə hədəfdən yayınıb”, – deyə Tramp vurğulayıb.

ABŞ lideri İranın Qətərdəki hərbi bazaya raket zərbələrindən əvvəl ABŞ-a xəbər verdiyini bildirib. Onun sözlərinə görə, bu xəbərdarlıq sayəsində heç bir insan tələfatı olmayıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: