irann

İran Qətərdəki ABŞ bazasına hücumu zamanı bərabər sayda raketdən istifadə edib. Yəni Vaşinqtonun nüvə obyektlərinə zərbəsinə adekvat addım atılıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nour News” agentliyi İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatına istinadən məlumat yayıb.

“Uğurlu əməliyyatda istifadə edilən raketlərin sayı ABŞ-ın İranın nüvə obyektlərinə hücumunda istifadə etdiyi bombaların sayı ilə eyni olub. Zərbələr Dohaya təhlükə yaratmayıb. Tehran Qətərlə tarixi əlaqələrini saxlamaq və davam etdirmək öhdəliyinə sadiqdir”, – deyə bildirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: