“ABŞ İrana zərbələr endirəcəyi ilə bağlı Rusiyaya xəbərdarlıq etməyib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.
O bildirib ki, kəşfiyyat orqanları hər hansı məlumat ötürməyib.
Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ İrandakı üç nüvə obyektinə – Fordo, Natanz və İsfahana hücum edib.
Əliyar Xəlil
Globalinfo.az