putin 2

Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın xarici işlər naziri Abbas Araqçini qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, görüş Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda baş tutub.

V.Putin iranlı nazirə bildirib ki, İran-İsrail münaqişəsində Rusiyanın mövqeyi hamıya məlumdur.

“Bunu Rusiya Xarici İşlər Nazirliyi də açıq şəkildə bəyan edib. Siz bizim həm Təhlükəsizlik Şurasında, həm də Birləşmiş Millətlər Təşkilatında tutduğumuz mövqeləri bilirsiniz”, – o vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: