“İranın Hörmüz boğazını bağlaması böyük təhlükədir”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallas deyib.
O bildirib ki, Aİ xarici işlər nazirləri bu gün münaqişənin diplomatik yolla həlli imkanlarını müzakirə edəcəklər:
“Onlar xüsusilə eskalasiya təhlükəsindən narahatdırlar. Bunun nəticələri çox böyük ola bilər. Hörmüz boğazının bağlanması isə heç kim üçün yaxşı deyil”.
Əliyar Xəlil
Globalinfo.az