“Yaxşı başladınız, təbriklər” – Trampa ironiyalı xəbərdarlıq

"Yaxşı başladınız, təbriklər" - Trampa ironiyalı xəbərdarlıq

ABŞ-ın zərbəsindən sonra bir sıra ölkələr İranı nüvə silahı ilə təchiz etməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, ölkələrin adlarını açıqlamayıb:

“İranda nüvə obyektlərinə ciddi zərbə dəyməyib və nüvə silahının gələcəkdə istehsalı davam etdiriləcək. Həmçinin Vaşinqtonun bu addımından sonra İran xalqı rəhbərliyin ətrafında birləşəcək, İsraildə çaxnaşma yaranacaq, ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatı ümidləri puç olacaq. Yaxşı başlanğıcdır, təbrik edirəm, cənab Prezident!”, – deyə Medveden əlavə edib.

Əliyar Xəlil
Globalinfo.az