68565696999b968565696999ba175048872668565696999b768565696999b8

Abşeronda axund Turab Tahirovun qaçırdığı deyilən yeniyetmə qız danışıb. 

Globalinfo.az xəbər verir ki, o, “TikTok” sosial şəbəkəsində video paylaşaraq haqqında danışılanlara münasibət bildirib və axundla könüllü qaçdığını deyib.

O, ailəsindən təhqir eşitdiyini və işgəncə gördüyünü qeyd edib və axunda qaçmağı məhz özünün təklif etdiyini bildirib. Həmçinin, anasının da onun verdiyi bu qərardan xəbərdar olduğunu deyib və atasını özü və Turab Tahirov barədə yalan məlumatlar yaymaqda ittiham edib.

Xatırladaq ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu Turab Tahirovun iyunun 17-də məscidə Quran dərsləri öyrənməyə gələn 16 yaşlı qızı qaçırması barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, yeniyetmənin videosu Turab Tahirova məxsus hesabdan paylaşılıb.

 

View this post on Instagram

 

A post shared by Globalinfo.az (@globalinfo_az)

Paylaş: