“İranın mülki nüvə proqramını inkişaf etdirmək və nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etmək hüququ var”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O, İranın nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə hüququnun olduğunu bildirib:
“Rusiya dinc nüvə enerjisinin inkişafında İrana əvvəl də olduğu kimi lazımi yardım və dəstəyi göstərməyə hazırdır”.