İranın ballistik raketləri işə düşdü: İsraildəki bu hədəflər vuruldu

İranın ballistik raketləri işə düşdü: İsraildəki bu hədəflər vuruldu

“Doğru vəd 3” əməliyyatı çərçivəsində İran İsrailin müxtəlif şəhərlərində yerləşən hərbi və strateji hədəfləri vurub.

Globalinfo.az bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Rəsmi bəyanatda qeyd olunur ki, əməliyyat Təl-Əviv, Hayfa və Bərşəva şəhərlərində bir sıra hədəfləri əhatə edib. Bu hədəflərə hərbi mərkəzlər, müdafiə sənayesi obyektləri, komanda-idarəetmə məntəqələri, hərbi əməliyyatlara dəstək verən şirkətlər və “Nevatim” və “Hatzor” adlı hərbi hava bazaları daxildir.

Açıqlamada bildirilir ki, bu hədəflər İranın düşməni hesab edilən qüvvələrin Qəzza, Livan, Yəmən və İranın özünə qarşı fəaliyyət göstərdiyi mərkəzlərdir.

SEPAH iddia edir ki, ballistik raketlərin dəqiqliyi və dağıdıcı gücü artmaqdadır və bu hücumlar rejim tam cəzalandırılana qədər davam edəcək.

Aysel Əliyeva
Globalinfo.az