baki

Xəbər verdiyimiz kimi, qanunvericilikdə “ərazi müdafiəsi” anlayışına yenidən baxılması təklif olunur. Bu məsələ “Müdafiə haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Buna əsasən, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin edilməsinin qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında əsasnamə ilə tənzimlənəcək.

Bu təklifin əsl mahiyyəti nədir? Hazırkı geosiyasi və regional vəziyyət fonunda belə bir addımın səbəbi nədir?

Globalinfo.az-a danışan deputat Aydın Mirzəzadə deyib ki, ərazi müdafiəsi birbaşa dövlətin vəzifə sahəsinə aid olan məsələdir:

aydin

Aydın Mirzəzadə

“Bu anlayışa yalnız dövlətin müvafiq strukturları deyil, həmçinin həmin ərazidəki mövcud resursların, texniki vasitələrin, insan potensialının və digər imkanların səfərbər olunması da daxildir. Çünki bəzi situasiyalarda ərazidə mövcud imkanlar təhlükənin qarşısını daha operativ və effektiv şəkildə almağa şərait yaradır. Bu baxımdan, “ərazi müdafiəsi” anlayışı daha geniş mənada başa düşülməli, həm dövlətin, həm də yerli potensialın birgə istifadəsini əhatə etməlidir. Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticələrinin təhlili də bu sahəyə yenidən baxılmasına zərurət yaradıb”.

Ləman Hüseynzadə
Globalinfo.az

Paylaş: