578ab4b0 93f2 38cf 9760 25812b0e7957 850

Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi təsis ediləcək.

Globalinfo.az xəbər verir ki, bunu Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fırat Görgel bildirib.

Onun sözlərinə görə, bu gün burada 250 min mənzilli yaşayış massivinin açılışı həyata keçirilir:

“Biz Kahramanmaraşı yenidən inşa edirik. Türkiyə Prezidentinin dəstəyi ilə ölkəmizdəki ən böyük infrastruktur Kahramanmaraşda təsis edilib. Bu günə qədər 7 milyard Türkiyə lirəsi dəyərində infrastruktur həyata keçirilib. Burada Azərbaycanla birlikdə Mədəniyyət Mərkəzi də təsis ediləcək”.

Paylaş: