“Bu gün zəlzələ bölgəsində Can Azərbaycanın da dəstəyilə ərsəyə gətirilən “Azərbaycan məhəlləsi”ndə yaşayış və iş yerlərini haqq sahibi qardaşlarımıza təslim edəcəyik”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
O, ümumilikdə 49 min 56 iş və yaşayış yerinin təqdim ediləcəyini bildirib.
“Beləliklə təslim edilən evlərin sayı ümumilikdə 250 minə çatır”, – Ərdoğan söyləyib.
Bugün deprem bölgemizde, aralarında Can Azerbaycan’ın desteğiyle hayata geçirilen Azerbaycan Mahallemizdeki konutların da yer aldığı 49 bin 56 iş yeri ve konutu hak sahibi kardeşlerimize teslim ediyoruz. 🇹🇷🇦🇿
Böylece teslim ettiğimiz toplam konut sayısını 250 bine yükseltiyoruz. pic.twitter.com/UUhfQs2QLH
— Recep Tayyip Erdoğan (@RTErdogan) June 19, 2025
Əliyar Xəlil
Globalinfo.az














