1750315024 yeniyetme

İlkin müayinələrdən sonra Ü.Niftəliyevin təmir sexində intihar etməsi müəyyən edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, onun sosial şəbəkə səhifəsində depressiv paylaşımlar etməsi, dünən də bu məzmunda post paylaşması məlum olub.

Vəfat edən məktəblinin fotosunu təqdim edirik:

405cdc39 97eb 45eb ae80 f055e241d42b

***10:44

Ötən gün Gəncə şəhəri “Mahsara bağları” adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı oğlanın meyiti tapılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş.

Onun təmir sexində qardaşının yanında usta köməkçisi kimi işlədiyi və orada müəmmalı şəraitdə öldüyü bildirilib.

Hadisə ilə bağlı şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, ötən ay Gəncədə istifadəsiz qalmış binadan yıxılaraq ölən 18 yaşlı Elgün İbrahimov da sözügedən məktəbdə təhsil alırdı.

Paylaş: