Trampın bu bəyanatı Tehranda qəzəb doğurdu: ABŞ-a nota verildi

Trampın bu bəyanatı Tehranda qəzəb doğurdu: ABŞ-a nota verildi

İran Xarici İşlər Nazirliyi ABŞ-ın Tehrandakı maraqlarını təmsil edən İsveçrə səfiri Nadine Lozanonu nazirliyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Lozanoya ABŞ Prezidenti Donald Trampın son bəyanatları ilə bağlı etiraz notası təqdim olunub. İran tərəfi bu notanın dərhal Vaşinqton administrasiyasına çatdırılmasını tələb edib.

Xatırladaq ki, Tramp son açıqlamasında İranla bağlı səbrinin tükəndiyini bildirmiş və bu ölkənin Ali Rəhbəri ayətullah Əli Xameneiyə məcburi müharibəyə qarşı müqavimət çağırışına cavab olaraq “uğurlar” arzulamışdı.

Aysel Əliyeva
Globalinfo.az