Kanada hökuməti Ukraynaya 2 milyard Kanada dolları (təxminən 1,5 milyard ABŞ dolları) məbləğində hərbi yardım ayıracaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “CBC” telekanalı Baş nazir Mark Karniyə istinadən məlumat yayıb.
Bildirilib ki, Karni bu açıqlamanı G7 sammiti çərçivəsində Kanadanın Kananaskis şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş zamanı verib.
Mənbənin məlumatına görə, hərbi yardım paketinə zərbə və ya kəşfiyyat məqsədli pilotsuz uçuş aparatları da daxil edilə bilər.
Bundan əlavə, Ottava Ukraynaya əlavə olaraq 2,3 milyard Kanada dolları (təxminən 1,7 milyard ABŞ dolları) məbləğində kredit də təqdim edəcək.
*** 18:53
Kanada Kiyevə əlavə hərbi yardım ayırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni G7 sammiti çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüş zamanı məlumat verib.
Hərbi yardımın həcmi açıqlanmayıb.
Qeyd edək ki, 2022-ci ilin fevralından bu günə qədər Kanada Kiyevə 3,32 milyard ABŞ dolları həcmində hərbi yardım göstərib.
Aysel Əliyeva
Globalinfo.az














