756076165028823

Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə Çin sədri Si Cinpinlə telefon danışığı aparacaq. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, tərəflər həm ikitərəfli münasibətləri, həm də Yaxın Şərqdə yaşananları müzakirə edəcəklər.

“Yaxın günlərdə, bu həftə bizim prezidentlə Çin sədri Si Cinpin arasında telefon danışığı olacaq. İkitərəfli münasibətlərlə yanaşı, tərəflər həm də Yaxın Şərqdə yaşananları müzakirə edəcəklər. Qeyd edək ki, hər iki ölkə lideri bu məsələdə həmrəydir və koordinasiyalı şəkildə işləyirlər. Əlbəttə ki, başqa məsələlər də müzakirə ediləcək”, – Uşakov bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: