“Şimali Koreya Kursk bölgəsinin bərpasına kömək etmək üçün Rusiyaya iki qrup göndərəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Pxenyanda səfərdə olan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
“KXDR-dən gələn yardım inşaatçılar diviziyası, iki əsgər briqadasıdır. Hərbi inşaatçıların bir diviziyasında birləşən beş min nəfər Kursk vilayətinin bərpası ilə məşğul olacaq”, – o bildirib.
Şoyqu Şimali Koreyanın Kursk bölgəsinə min istehkamçı göndərəcəyini də bildirib.
Əliyar Xəlil
Globalinfo.az