“ABŞ-ın İsrail və İran arasındakı münaqişədə iştirakını gözləmirik”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Cohan Vadephul deyib.
“Vaşinqton əvvəldən bəyan edib ki, bu müharibədə iştirak etməyəcək. Bu, bütün bəyanatlardan, eləcə də hərəkətlərdən aydın görünür. ABŞ-ın iştirakda maraqlı olduğuna dair zərrə qədər işarə görmürəm”, – nazir vurğulayıb.
O əlavə edib ki, münaqişənin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək lazımdır.
Əliyar Xəlil
Globalinfo.az