684d1cbe1b467684d1cbe1b4681749884094b19935f7ac4eae0ee4fedfe0b47b90b6

İrandan təxliyə olunan xaricilərdən Rusiya Federasiyası vətəndaşları Azərbaycanın Astara sərhəd-gömrük məntəqəsindən keçib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, İran İslam Respublikasından Azərbaycan Respublikası vasitəsilə öz ölkələrinə getmək istəyən Rusiya Federasiyası vətəndaşları Astara sərhəd gömrük buraxılış məntəqəsindən keçib.

Onlar 2 ay bundan əvvəl İran İslam Respublikasına film çəkmək üçün keçən Rusiya incəsənət xadimləridir. Truppa 90 nəfərdən ibarətdir. Səmimi söhbət zamanı baş verən məlum hadisələrdən çox narahat və yorğun olduqlarını bildiriblər. Azərbaycan ərazisində artıq özlərini rahat və xoşbəxt hiss etdiklərini deyiblər. Bildiriblər ki, film çəkilişləri demək olar yekunlaşmaq üzrə idi. Təqribən 4-5 gün qalmışdı. “Çətin olacaq, amma Moskvaya qayıdandan sonra, eyni səhnəni orda yaratmalıyıq və filmi yekunlaşdırmalıyıq. Azərbaycan Dövlətinə öz təşəkkürümüzü bildiririk”.

***

Rusiyanın P. Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyəti quru yolla İrandan Azərbaycana gəlib.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasına edilmiş müraciətlər əsasında, Azərbaycan onların İran İslam Respublikasından təxliyələrinin həyata keçirilməsinə dəstək göstərib.

684d1cbecb96b684d1cbecb96d1749884094005b2cbf2a87a3e0e6776f2e7d9eacde 684d1cbe94a72684d1cbe94a7317498840949f2df3a34199c58b82feda0d95e153ac 684d1cbe5405b684d1cbe5405d1749884094ccd23c8d1cde91b8341da21953bef4cb

Paylaş: