İran İsrailə qarşı həyata keçirdiyi raket zərbələri zamanı ilk dəfə olaraq sualtı qayıqlardan ballistik raketlər buraxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi IRNA məlumat yayıb.
Agentliyin verdiyi məlumata görə, bu, ölkənin bu cür raketləri döyüş şəraitində tətbiq etdiyi ilk hadisədir. Hücum çərçivəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən raketlərin bir hissəsi məhz sualtı platformalardan buraxılıb.
Bu addımın İranın hərbi texnologiyasındakı inkişafını nümayiş etdirməklə yanaşı, regionda gərginliyi daha da artıracağı ehtimal olunur.
Aysel Əliyeva
Globalinfo.az