trampppp

“İsrailin İrana hücumu əla idi”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Biz İrana sövdələşmə etmək üçün şans verdik, lakin bundan istifadə etmədilər. Tehrana çox ağır zərbə vuruldu. İslam Respublikasının qarşısında hələ uzun yol var”, – Ağ Ev rəhbəri bildirib.

ABŞ prezidentinin bu çıxışı birmənalı qarşılanmayıb. O, bu barədə “ABC Nyus” kanalına açıqlama verib.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail Müdafiə Qüvvələri İranın nüvə və raket proqramlarına zərbələr endirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: