İran Prezidenti Məsud Pezeşkian xalqa müraciət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
“Bütün beynəlxalq öhdəliklərə zidd olan bu hücum İsrailin cinayətkar təbiətini təsdiqləyir. Əlbəttə, İran xalqı və ölkə rəhbərliyi bu cinayətə qarşı susacaq deyil və İranın qanuni və güclü cavabı düşməni axmaq hərəkətinə peşman edəcək”, – deyə İran Prezidenti əlavə edib.
***13:31
İran Prezidenti Məsud Pezeşkian xalqa müracitə edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
“Sionist rejimin amansız hücumu baş verən kimi prezident və onun hökumət komandası hadisə yerinə nəzarəti öz üzərinə götürdü. Nazirlər Kabineti bu məsələ ilə bağlı xüsusi iclas keçirdi”, – Pezeşkian bildirib.
Əliyar Xəlil
Globalinfo.az













