upload 2025 05 22T042004Z 490820581 RC2RMEA4MR6O RTRMADP 3 WASNINGTON SNOOTING ISRAEL pic4 zoom 1500x1500 70694

“İsraillə əlaqəli şəhər obyektlərində təhlükəsizlik tədbirləri gücləndirilib”.

 Globalinfo.az xəbər verir ki, bunu Nyu York şəhərinin meri Erik Adams X sosial şəbəkəsində yazıb.

“Mənə İsrail və İrandakı vəziyyətlə bağlı məlumat verildi. Terrorla Mübarizə Bölməsi vəziyyəti diqqətlə izləyir. Biz İsraildəki ibadət evlərində və diplomatik obyektlərdə təhlükəsizliyi artırırıq”, – o bildirib.

Qeyd edək ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Əbülfəzl Şəkərçi İsrailə cavab zərbəsi endiriləcəyini bəyan edib. O əlavə edib ki, İran ordusu İsrailə cavab zərbəsi endirməyə tam hazırdır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: