toy 99

Ağdaş rayonunda toyda baş verən davanın təfərrüatları məlum olub.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki “Ağ saray” restoranında baş verib. Toyda iştirakçı olan Namiq Hüseynov mahnı sifarişi üstündə müğənni Tural Hüseynovla mübahisə edib. Mübahisə nəticəsində N.Hüseynov müğənnini söyüb və restoranda dava düşüb. Nəticədə müğənni Tural Hüseynov və onun qardaşı, ansamblın üzvü Orxan Hüseynov Namiq Hüseynovu döyüblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər, müğənni və qardaşı saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Ağdaşda toyda dava olub.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Yuxarı Qəsil kəndində yerləşən şadlıq sarayında baş verib.

Toyda qonaq olan 64 yaşlı N. Hüseynovu musiqiçilər döyüblər. O, polisə müraciətində müğənni və onun qardaşı tərəfindən döyüldüyünü deyib.

Məlumata görə, dava mahnı sifarişi üstündə yaranıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Faktla bağlı ərazi üzrə polis orqanında istintaq araşdırmaları aparılır.

Paylaş: