hovuz 1

Astarada su hovuzuna düşən azyaşlının vəziyyəti ağır qiymətləndirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib. Onun sözlərinə görə 11.06.2025 ci il tarixində saat 21:20 radələrində Astara rayonu Təngərüd kəndində 1 nəfər azyaşlı (kişi cinsli) boğulma diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Zərərçəkənə zəruri ilkin tibbi xidmətlər göstərilib. Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

***

Astarada bədbəxt hadisə baş verib.

Globalinfo.az xəbər verir ki, Astara rayonunun Təngərüd kənd sakini 2023-cü il təvəllüdlü T.Ə. ətrafdakıların diqqətindən yayınaraq həyətdəki su hovuzuna düşüb.

Axtarışı aparılan azyaşlını, hovuzda huşsuz vəziyyətdə tapıblar və dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Vəziyyəti ağır qiymətləndirilən azyaşlı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Paylaş: